Modern.az

“Yeni Müsavat” qəzetinin iki əməkdaşı saxlanılıb

“Yeni Müsavat” qəzetinin iki əməkdaşı saxlanılıb

Media

10 Dekabr 2010, 12:42


Bu gün Yasamal rayon Məhkəməsində “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə qarşı “ZQAN Holdinq”in rəhbəri Anar Məmmədovun qaldırdığı iddiaya baxılır.  Proses başlayan zaman “Dalğa” Gənclər Hərəkatı və bir sıra KİV nümayəndələri məhkmə binası qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.
“Dalğa” Hərəkatının keçmiş rəhbəri Ramin Hacılı Modern.az –a bildirib ki, polislərin dəfələrlə xəbərdarlığına baxmayaraq aksiyanı keçirə biliblər. Aksiyaya müdaxilə edən polis iştirakçıların əlindəki ayı şəkili olan plakatları alaraq cırıb.
Aksiya zamanı polis iki jurnalısti saxlayıb. Bunalr “Yeni Müsavat” qəzetinin əməkdaşları Emil Salamoğlu və Elmin Bədəlovdur. Hər iki jurnalist 28-ci polis bölməsinə aparılıb.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü