Modern.az

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun müsabiqəsinə 74 jurnalist yazı verib

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun müsabiqəsinə 74  jurnalist yazı verib

13 Dekabr 2010, 10:47

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni təqvim ili münasibətilə fərdi jurnalist yazılarının mükafatlandırılması ilə bağlı müsabiqəyə yazı qəbulunu dekabrın 10-da yekunlaşdırıb. Bu barədə Modern.az-a KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli məlumat verib.
V.Səfərli bildirib ki, budəfəki müsabiqəyə 74 jurnalist yazısı qəbul edilib.

Bu müsabiqə 18 istiqamət (hər istiqamət üzrə 2 mövzu) üzrə keçirilir.  

V.Səfərli deyib ki, hər mövzu üzrə 3 qalib müəyyən ediləcək, 2 qalib yeri respublika ərazisində yayılan qəzetlərin jurnalistləri, 1 qalib yeri isə region mətbuatında çalışan jurnalistlər üçün nəzərdə tutulub.
Hər mövzu üzrə maksimum 50 bal müəyyən olunur. 30-dan aşağı bal toplayan iştirakçı qalib ola bilməz. Qaliblər fondun xüsusi diplomu və 1000 manat məbləğində pul mükafatı ilə təltif olunacaqlar.
Müsabiqəyə təqdim olunmuş yazılar hazırda ekspertlər tərəfindən oxunur.

V.Səfərlinin sözlərinə görə, nəticələr dekabrın 20-dək elan ediləcək. O, qaliblərin mükafatlandırılması üçün ayrıca mərasimin təşkil olunacağını vurğulayıb.

Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır