“Qarabağ və Respublika Uğrunda Hərəkatın bərpa edilməsi ilə bağlı təklif haqqında məlumatım yoxdur. Deyə bilmərəm yenidən bu hərəkat hansı məqsədlə yaranacaq. Prinsip etibarı ilə bu siyasi partyiların hüquqlarıdır. Onlar birləşib birgə siyasi fəaliyyət göstərə bilərlər ”
Bu sözləri Modern.az-a açıqlamasında İctimai Palatanın təsisçilərindən olan Azərbaycan Xalq Partiyasının lideri Pənah Hüseyn 2009-cu ildə buraxılmış qurumun yenidən bərpa edilməsi ilə bağlı təklifə münasibətini deyərkən bildirib.
P. Hüseynin sözlərinə görə, 2009-cu ildə referendum əleyhinə yaranmış “Qarabağ və Respublika uğrunda Hərəkat” sadəcə bir birlik olub.
Referendumda qaldırılan məsələlərə əski mövqe tutan partiyaların birliyi olan bu quruma partiyalar, ictimai-siyasi təşkilatlar birləşmişdilər. P.Hüseyn onu da əlavə edib ki, bu hərəkatın yenidən bərpası ilə bağlı ona heç bir təklif edilməyib.
Modern.az