Modern.az

Poçt sistemində ixtisarlar

Poçt sistemində ixtisarlar

Ölkə

6 Noyabr 2009, 14:14

Bir sıra rayonda poçtlarda çalışanların ixtisarı başlayıb. Əldə etdiyimiz məlumata görə, bu ixtisarlar bütün poçtlara şamil ediləcək. Ümumilikdə isə poçt sistemində ıxtisarlar gözlənilir. Məsələylə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov Modern.az-a danışıb: “Azərpoçt” da struktur dəyişikliyi aparılır. Hazırda Dünya Bankının vəsaiti hesabına yeniləmə işləri gedir. Yeni texnologiyaları tam mənimsəyən şəxslər bu işə cəlb ediləcəklər. Artıq bəzi yerlərdə texnikadan anlayışı olan insanlar poçtda işləməyə başlayıblar. Ancaq bu iş kütləvi şəkildə aparılmır, mərhələ-mərhələ həyata keçirilməsi nəzərdə tutulub. Hər sahədə olduğu kimi burada da ixtisarların aparılması labüddür”.

Mətbuat xidmətinin rəhbəri onu da qeyd edib ki, yaxın gələcəkdə poçtlarda bank xidmətləri fəaliyyət göstərəcək: “Dünya Bankı ilə bağlanmış müqaviləyə əsasən poçtlarda artıq bank xidmətləri də fəaliyyətə başlayacaq”.

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?