Modern.az

İlham Əliyev Ramiz Mehdiyevin oğluna rütbə verdi

İlham Əliyev Ramiz Mehdiyevin oğluna rütbə verdi

Ölkə

15 İyul 2011, 19:02

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Teymur Ramiz oğlu Mehdiyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilməsi barədə sərəncam imzalayıb.  

Modern.az-ın məlumatına görə, Teymur Mehdiyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğludur.

T.Mehdiyev bu il martın 16-da Azərbaycan Dövlət Miqrasiya Xidməti rəisinin 1-ci müavini təyin olunub. T.Mehdiyev ondan öncə mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı