Modern.az

Qanunla satışı qadağandır, amma satılır...

Qanunla satışı qadağandır, amma satılır...

Ölkə

7 Dekabr 2009, 14:47

Yeni il bayramına hələ 20 gündən çox vaxt qalır, partlayıcı fişənglər satan işbazlar və ondan istifadə edənlər isə şəhərdə sabitliyi indidən pozmağa başlayıblar. Hər il yeni il qabağı partalayıcı vasitələrin səsi Bakı sakinlərini narahat edir. Pirotexnik vasitələri satışı qanunla qadağan edilsə də, ancaq satılır. Xatırladaq ki, Bakı şəhər İcra Hakmiyyəti başçısının 17 dekabr 2001-ci il tarixli sərəncamı ilə partlayıcı oyuncaqların, fişənglərin satışı və istifadəsi qadaçan edilib. Həmin sərəncam indi də qüvvədədir.  

Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov Modern.az-a bildirib ki, hər yeni il ərəfəsində partlayıcı fişənglərin satışının və istifadəsinin qarşısını almaq üçün tədbirlər həyata keçirirlər. Bu il də artıq monitorinqlərə start verilib: “Müəyyən bayramlarda uşaqların məxsusi yerləri yoxdursa, fişəng və digər partlayıcı vasitələr atmaqla onun səsindən xoşlanıb əylənirlər. Amma həm uşaqların, həm də bəzi digər şəxslərin partalayıcı vasitələrdən istifadə etməsi insanların sağlamlığına ziyandır. Bir neçə gün öncə Rusiyanın Perm şəhərində baş verən hadisə bir gün Azərbaycanda da ola bilər. Pirotexnik vasitələrin satışının qarşısını almaq üçün Bakı şəhər Ticarət və Xidmət Departamenti, Bakı şəhər Baş Polis İdarəsi, yerli icra hakimiyyəti orqanları, həmçinin Gömrük Komitəsi birgə tədbirlər və reydlər həyata keçirir”.

Mətbuat katibi onu da qeyd edib ki, ötən illərlə müqayisədə bu il partlayıcı vasitələrin satışı azalıb: “Vaxtilə şəhərdə fişəng səslərindən qulaq tutulurdu. Ancaq ildən-ilə onların sayı azalmaqdadır. Hətta bəzən bu vasitələrin satışın təşkil edənlər məhsulların qoyub qaçırdılar. Ancaq biz hüquq-mühafizə orqanlarının köməkliyi ilə keçirdiyimiz tədbirlər nəticəsində bu, öz müsbət səmərəsini verir və onun satışını təşkil edənlər müvafiq qaydada cərimə olunur”. Qeyd edək ki, Permdə gecə klublarının birində pirotexnik vasitələrin partlaması 110 nəfərin ölümünə səbə olub.

Günay MUSAYEVA

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?