Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və onun İşçi qrupunun məlumatına görə, 2011-ci ildə naməlum məzarlar barədə məlumatların toplanması və dəqiqləşmə işinin aparılmasını diqqət mərkəzində saxlanıb.
Modern.az İşçi qrupuna istinadən bildiri ki, bu məqsədlə əsasən cəbhə xəttində yerləşən üç rayona ezamiyyət təşkil edilib. Ezamiyyət zamanı Ağdam, Tərtət və Bərdə rayonları ərazisində naməlum məzarlar aşkar edilibvə ərazi videolentə alınıb. O, cümlədən həmin dövrdə döyüş bölgəsindən gətirilən meyidlərin qəbul olunması, dəfn üçün hazırlanması və ünvanlarına göndərilməsi işi ilə məşğul olmuş rəsmi şəxslər və dindarlar müəyyənləşdirilib onların ifadələri alınıb, onlar tərəfindən həmin dövrdə aparılmış qeyd kitabları və digər materiallar təhlil və araşdırma aparılması məqsədilə götürülüb.
Araşdırmalar nəticəsində Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 23 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsi müəyyənləşdirilib. Bu faktlar, o cümlədən itkin düşmüş şəxslərlə bağlı aparılmış axtarış-araşdırma tədbirlərinin nəticəsi olaraq 32 şəxs barədə ümumiləşdirilmiş arayışlar tərtib edilib.
1 dekabr 2011-ci il tarixə olan məlumata görə, 4046 nəfər itkin düşmüş, 1400 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçir.
Modern.az