Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, yanvarın 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlanıb. Modern.az xəbər verir ki, çağırış prosesi yanvarın 30-da yekunlaşacaq.
Fərmanın tələblərinə uyğun olaraq, 1992-ci ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1975-1991-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan vətəndaşları yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılırlar.