Modern.az

Dostuma məktub

Dostuma məktub

Ölkə

15 Yanvar 2010, 12:42

“Modern.az” saytında yaxın dostum, “Olaylar” İnformasiya Agentliyinin müxbiri Alimin ermənilərin Qazax və Ağdam rayonlarında törətdikləri növbəti vəhşiliklərlə bağlı yazısını oxudum. Çox düşündüm və ona məktub yazıb dərdimi bölüşmək istədim.

         Əziz dostum, yazırsan ki, ermənilər Azərbaycanın Qazax və Ağdam rayonlarında işğal altında olmayan ərazilərimizdəki qəbiristanlığı dağıtmaqla sözün əsl mənasında millətimizi təhqir ediblər. İnsanlığa sığmayan hərəkətləri ilə millətin heyssiyyatına toxunaraq azəri türklərinə qarşı qisasçılıq hisslərini ortaya qoyublar. Yox, bu  qisasçılıq deyil, əziz dostum, bu vəhşilik, insanlığa sığmayan qeyri-etik hərəkətlərdir. Bunu psixikası pozulmuş insan etsəydi, başa düşülərdi. Ona görə ki, psixlər istər adamı öldürdükdə, istərsə də, döydükdə və yaxud da maddi ziyan vurduqda bir-iki, üç-beş zərbədən sonra dayanırlar. Çünki, hər zərbədən sonra onların psixi enerjisi azalır, potensial enerjisi kinetik enerjiyə çevrilir və soyuyur.  Ermənilərinki heç psixi hərəkət də deyil. Buna varvarlıq da deyirlər.

Qəbiristanlıqlarımızı dağıtmaqla onlar bizi təhqir ediblər, onlar həm də özlərinin necə iblis olduqlarını bir daha dünyaya  göstəriblər.

Əziz dostum, biz neçə illər ermənilərlə bir ölkədə yaşamışıq, əfsuslar olsun ki, elə indi də yaşayırıq. Ermənistan isə yeganə monoetnik dövlət yaradır.

Yəqin ki, çoxunuz vəhşi təbiət hadisələrinə baxırsınız. O verilişdə kaftarlardan bəhs olunan bir epizod var. Nə şir, nə pələng, nə canavar, nə ayı, yalnız bu heyvanlar qəbirləri eşirlər. Heç tülkü və ya çaqqal da bunu etmir. Yalnız kaftarlar başqa qəbirləri eşib dağıdır. Yəqin nə demək istədiyimi başa düşərsən, daha uzağa getmirəm.

Dostum, düz deyirsən, onlar heç vaxt qəhrəman da ola bilməzlər. Olsa-olsa qəhrəmanlara arxadan zərbə vuran alçaqlardan olarlar. Həzi Aslanova və belə neçə-neçə qəhrəmanlarımıza arxadan zərbə vuran  baqramyanlar kimi.  

Onu da düz deyirsən, ermənilər heç millət kimi də formalaşmayıblar. Əminəm ki, tarixi oxumusan. Ermənilər qaraçı tayfasının bir qolu olan “hayk” tayfasındadırlar. Mən orta məktəbdə oxuyanda “Qədim Dünya Tarixi“ dərsliyində bir paraqraf var idi. Orada əl işində çalışan qulların təsnifatı verilmişdi. Ən murdar sahədə çalışanlara “şudra”lar deyirlər. Bax əziz dostum ermənilər “şudra” kimi işləyən “hayk” tayfalarındadırlar. Onlar nəinki millət, heç xalq kimi də formalaşmayıblar. Adını unutduğum rus tədqiqatçılarından biri öz padşahına məktubunda yazır ki, “Qafqazdakı tayfalar içərisində ən etibarsızı ermənilərdir. Onlardan yalnız nifaq salmaq üçün, oğurluq və əl işlərində istifadə etmək olar. Azərilər isə mərd, dostluğa sadiq, əməksevər və qonaqpərvərdirlər. Onlara at və digər ləvazimat versək işləyib, qazanıb bizə də kömək edərlər”.

A. Düma da “Qafqaza səyahət” kitabında ermənilərin qiymətini verib.

Dostum yazırsan: “Dəhşətlisi isə odur ki, təhqir olunmuş millətin nümayəndələri olmaqla baş verənləri olduqca soyuqqanlılıqla qarşılayırıq”.

Bax burda bir az düşündüm və birdən “üşüdüm”. Yəni biz buyuq? Axı bu, belə deyil və yaxud da belə olmamalıdır. Yox dostum daha yaza bilmədim. Sadəcə tarixdən oxuduğum bir epizod yadıma düşdü, onu sənə də xatırladıram. Hökmdar Kir uzun sürən müharibədən sonra kiçik bir ölkəni işğal edir. Bu ölkə ilə müharibənin uzun sürməsi Kiri çox hiddətləndirir. Deyir ki, “bu nə qəribə işdir. Mənim ordum bundan çox-çox böyük ölkələri asanlıqla işğal edib. Bunun hikməti nədədir?”. Ona deyirlər ki, “bu ölkənin padşahı, eləcə də əhalisi çox mərd, qəhrəman və vətənpərvərdilər”. Kir əmr edir ki, o hökmdarı yanına gətirsinlər, əhalisini isə qılıncdan keçirsinlər.

Əsir düşmüş hökmdar Kirin hüzurunda deyir: “Adil hökmdar! Onları öldürmə, onları döyüşə mən səsləmişəm, günah mənimdi”.

Kir soruşur, “bəs nə edim?”.

Hökmdar deyir ki, “onlara çal-çağır, bir az da alver bəs edər”.

Bax əziz dostum. 

Bir zaman ondan bunun nə demək olduğunu soruşanda hökmdar deyir: “Bilirdim ki, bununla xalqımı məhv edirəm, amma fiziki yox mənəvi. Amma inanırdım ki, nə vaxtsa xalqımın nümayəndələrindən biri ayağa qalxacaq və qisasımız alacaq”.

Əziz dostum, həqiqətən də sonunda belə olur, Kiri hakimiyyətdən məhz onun adamları salır və xalqını işğaldan azad edir.                                          

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?