Modern.az

“Təmiz şəhərim”

“Təmiz şəhərim”

Ölkə

11 Fevral 2010, 18:44

İctimaiyyətin, xüsusilə də uşaqların diqqətini Bakı şəhərinin təmizliyinə cəlb etmək, uşaqlarda ekoloji mədəniyyəti kiçik yaşlarından formalaşdırmaq, həmçinin onların sərbəst düşüncəsinə şərait yaratmaq məqsədilə “Təmiz Şəhər” ASC uşaqlar arasında “Təmiz şəhərim” rəsm sərgi-müsabiqəsi elan edib.

Modern.az İqtisadi İnkişaf Nazirliyinə istinadən xəbər verir ki, müsabiqədə 6-13 yaşlı məktəblilər və yeniyetmələr iştirak edə bilərlər.
Müsabiqəyə təqdim edilən rəsmlərdə Bakı şəhərinin təmizliyinə riayət edilməsi, tullantıların ətraf mühiti çirkləndirməməsi və ekoloji tarazlığın qorunub saxlanması öz əksini tapmalıdır.
“Təmiz şəhərim” müsabiqəsi 2 mərhələdən ibarətdir. Birinci mərhələdə müsabiqəyə təqdim edilən 100 ən yaxşı rəsm səsvermə üçün “Təmiz Şəhər” ASC-nin www.tamizshahar.az internet səhifəsində yerləşdiriləcək. İkinci mərhələdə isə rəsmlərə münsiflər heyəti tərəfindən baxılacaq və qaliblər müəyyənləşdiriləcək.
Müsabiqəyə təqdim ediləcək rəsmlər A3 formatında işlənməli, arxa tərəfində müəllifin adını, soyadını, yaşını və əlaqə vasitələrini əks etdirən məlumat qeyd olunmalıdır. Rəsmlər 1 mart 2010-cu il tarixinədək “Təmiz Şəhər” ASC-yə təqdim edilməlidir (Ünvan: Bakı şəhəri, Həsən Abdullayev küç. 11, AZ1001).
Qaliblər qiymətli hədiyyələr, kuboklar və sertifikatlarla təltif olunacaq, digər iştirakçılara isə müsabiqəyə təqdim edilmiş rəsmlərdən ibarət CD və xatirə sertifikatları təqdim ediləcək.
Müsabiqədən sonra “Qız Qalası” Rəsm Qalereyasında şagirdlərin rəsmlərindən ibarət sərgi təşkil olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV