Modern.az

Deputat Aydın Mirzəzadənin maşını adam vurdu

Deputat Aydın Mirzəzadənin maşını adam vurdu

Ölkə

23 Yanvar 2013, 11:13

Milli Məclisin deputatı Aydın Mirzəzadə yol qəzası törədib. Bu barədə Modern.az-a deputat Elman Məmmədov məlumat verib. Millət vəkilinin sözlərinə görə, hadisə bu gün səhər saat 07:00 radələrində Qaradağ rayonu ərazisində baş verib.

Elman Məmmədovun sözlərinə görə, Aydın Mirzəzadəyə məxsus avtomobili sürücüsü idarə edirmiş. Hadisə zamanı sürücü yolu keçmək istəyən piyada qadını vurub.
Millət vəkili həmçinin deyib ki, onlar Aydın Mirzəzadəyə məxsus kitabın təqdimatı üçün Goranboy rayonuna gedirmişlər.

Elman Məmmədovun sözlərinə görə, hadisə baş verən zaman onlar Aydın Mirzəzadə ilə eyni maşında olmayıblar.

"Mənə dedilər ki, bəzi KİV-lər mənim də hadisəni törədən avtomobildə olduğumu yazıblar. Amma mənim maşınım əvvəldə gedirdi. Birdən baxdıq ki, Aydın müəllimin maşını arxada dayanıb gəlmir. Geri qayıdanda bədbəxt hadisənin baş verdiyini gördük".

Qaradağ rayonu Yol Polisi İdarəsindən Modern.az-a bildirilib ki, "Qaradağ" postunun 52-ci km-də baş verən hadisədə vurulan piyada 1955-ci il təvəllüdlü Mariya Cavadova hadisə yerindəcə keçinib.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı "aznews.az" saytı yayıb.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı