Modern.az

Oğuzda qanunsuz tikintinin qarşısı alındı

Oğuzda qanunsuz tikintinin qarşısı alındı

Ölkə

6 Avqust 2023, 13:25

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

 

Bu barədə "Modern.az"a FHN-dən bildirilib.

 

Qeyd edilib ki, Oğuz rayonu, Mollalı kəndində vətəndaşa məxsus pay torpağında müvafiq qurumlarla razılaşdırılmadan qanunsuz tikinti faktı aşkar edilib.

 

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işinin qarşısı alınıb və obyekt nəzarətə götürülüb.

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İranda yenə müharibə başladı - Gəmilər bombardman edilir - Xəbəriniz Var? - Media Turk TV