Modern.az-ın xarici mətbuata istinadla xəbər verir ki. beynəlxalq herentoloqların apardıqları son araşdırmalar nəticəsində məlum olub ki, hazırda dünyada orta insan ömrü 87 ildir. İnsanın genetik quruluşuna əsaslanan elm adamları deyirlər ki, əslində orta insan ömrü 120 il olmalıdır. Lakin buna həyat tərzi və vərdişlər imkan vermir.
İnsan qidasına və idmana vaxt ayırmaqla sağlam yaşaya bilər. Bununla yanaşı, mütəxəssislər ömrü uzatmaq üçün daha 10 vacib şeydən kənar durmağı təklif edirlər.
Stress
Stressin çox olması immunitet sisteminin erkən yaşlanmasına səbəb ola bilər. Gündəlik həyatdakı qarşılaşdığımız problemlər də bizi stressə sövq edir. Mütəxəssislər stressdən yaxa qurtarmaq üçün bunları təklif edir: nizamlı yuxu, idman etmək, yaxşı şeylər demək və fikirləşmək, özünə güvənmək, musiqi dinləmək, xəyal qurmaq, optimist olmaq. Optimist insanlar stressə daha az düşürlər.
Spirtli içki
Çox spirtli içki qəbul etmək insan sağlamlığına zərərlidir. Mütəxəssilərin fikrincə, çox yaşamaq istəyən insanlar spirtli içkilərdən uzaq olmalıdırlar.
Az hərəkət etmək
Az hərəkət etmək, idman etməmək mənasını vermir. Misalçün, nərdivan yerinə lifti seçmək az hərəkət etməkdir. Həkimlər hər gün heç olmasa yarım saat hərəkət etməyin ömrə ömür qatdığını bildirirlər.
Tərkibində doymuş yağ olan qidaları istehlak etmək
Doymuş yağların əksəriyyəti heyvan mənşəlidir. Tam yağlı pendir, yağlı süd, yumurta, hindqozu, xurma kimi məhsullar doymuş yağ baxımından zəngindir. Bu məhsullar pis xolesterolu yüksəltdiyi üçün sağlamlığa zərərlidir.
Çirkli hava (siqaret)
Çirkli hava tənəffüs etmək ömrü qısaldır. Siqaret çəkmək də xərçəng və infarkt riskini artırır.
Günəş şüaları
Hər il dünyada minlərlə insana dəri xərçəngi diaqnozu qoyulur. Günəşə çıxmazdan əvvəl qoruyucu faktorlu kremdən istifadə etmək lazımdır.
Az yatmaq
Artıq diabet xəstəlikləri, yüksək təzyiq və yaddaş itkilərinin az yatmaqla əlaqəli olduğu sübut olunub. Kifayət qədər yatmaq üçün yataq otağını özünüzə uyğun təşkil edin. Yəni televizor və radio varsa, otaqdan çıxarın. Rahat yatmaq üçün həmçinin otağın qaranlıq olması da vacibdir. Gündə 6 yaxud 7 saat yatmaq həyat müddətini uzadır.
Şəkərli qidaları çox istehlak etmək
Şəkərli qidaları çox istehlak etmək çəkinizin artmasına səbəb olacaq və nəticədə ürək narahatlığı yaranacaq. Şəkərli qidalar əvəzinə meyvələrə üstünlük versəniz daha yaxşı olar.
Ev heyvanları bəsləmək
Ev heyvanları bəsləyən insanlarda stress və infarkt riski aşağı düşür.
Hobbi əldə etmək
İnsanın özü üçün məşğuliyyət sahibi olması yəni hobbi əldə etməsi onun fiziki və ruhi baxımdan həyat keyfiyyətini artırır. Modern.az