Modern.az

Putinin boşanması rəsmiləşdi

Putinin boşanması rəsmiləşdi

Ölkə

2 Aprel 2014, 09:52


Rusiya prezidentinin rəsmi saytındakı “Rusiya prezidentinin tərcümeyi-halı” bölməsində dəyişiklik edilib. Modern.az saytı Rusiya mediasına istinadən bildirir ki, buradakı Vladimir Putinin həyat yoldaşı Lyudmila ilə bağlı qeyd götürülüb.

Dövlət başçısının mətbuat katibi Dmitri Peskov bununla bağlı suala cavabında deyib ki, tərcümeyi-haldakı korrektələr rəsmi boşanmadan xəbər verir: “Bu o deməkdir ki, boşanma baş tutub”.

 Kremlin rəsmi saytındakı Putinin rərcümeyi-halında yalnız onun qızları Mariya və Katerina ilə bağlı qeyd qalıb.

Vladimir Lyudmila Putinalar ayrılmaq niyyətində olduqlarını 2013-cü il iyunun 6-da élan ediblər. Onlar 30 il nikahda olublar. 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı