Modern.az

Sabah Bakıda 35 dərəcə isti olacaq

Sabah Bakıda 35 dərəcə isti olacaq

Ölkə

4 İyun 2010, 17:05

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında uyunun 5-də hava şəraitinin az buludlu yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyinin sürəti 7-12 m/s olacaq, gündüz arabir 15 m/s-dək artacaq, axşam şimal-qərb küləyinin sürəti 9-14 m/ s təşkil edəcək. Havanın temperaturu gecə 20-24 dərəcə isti, gündüz 31-35 dərəcə isti təşkil edəcək. İyunun 6-da hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin sürəti 9-14 m/s olacaq, gündüz arabir 16 m/s təşkil edəcək. Havanın temperaturu gecə 20-24 dərəcə isti, gündüz 28-31 dərəcə isti təşkil edəcək. İyunun 7-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyinin sürəti 8-13 m/s olacaq, arabir 15 m/s təşkil edəcək. Havanın temperaturu gecə 19-22 dərəcə isti, gündüz 29-32 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında İyunun 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir. Cənub küləyinin sürəti 5-10 m/s olacaq, arabir güclənəcək Havanın temperaturu gecə 19-24 dərəcə isti, gündüz 32-37 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə isti, gündüz 23-28 dərəcə isti təşkil edəcək. 6-7 iyunda hava şəraitinin əsasən yağmuruz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyinin surəti 5-10 m/s olacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 18-23 dərəcə isti, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə isti, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı