Modern.az

Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq

Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq

Ölkə

Bu gün, 09:21

Bu il Faşizm üzərində qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq.

Modern.az xəbər verir ki, bu il Faşizm üzrə qələbə günü mayın 9-u şənbə gününə təsadüf edir.

Əmək Məcəlləsinə görə, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Mayın 10-u bazar gününə təsadüf etdiyindən 11 may qeyri-iş günü olacaq.

Beləliklə, bu il 9, 10 və 11 mayda ardıcıl iş olmayacaq

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu