Modern.az

Şavkat Mirziyoyev Azərbaycan Prezidentinə təşəkkür etdi

Şavkat Mirziyoyev Azərbaycan Prezidentinə təşəkkür etdi

Ölkə

15 May 2026, 16:42

Türküstanda keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidentinə TDT-də səmərəli sədrliyinə görə təşəkkürünü bildirib.

Modern.az xəbər verir ki, Özbəkistan lideri deyib: “Səmərəli sədrliyinə və təşkilatımızın beynəlxalq nüfuzunun gücləndirilməsi üçün göstərdiyi böyük səylərə görə Azərbaycan Respublikasının Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyevə səmimi təşəkkürümü bildirmək istəyirəm”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır