Modern.az

Şuşada hansı layihələr həyata keçiriləcək? – plan açıqlandı

Şuşada hansı layihələr həyata keçiriləcək? – plan açıqlandı

Ölkə

Bu gün, 10:15

İşğaldan azad olunduqdan sonra Şuşa şəhərində genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir.

Modern.az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçirilən paneldə Prezidentin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.

Onun sözlərinə görə, işğal dövründə Şuşanın ən böyük itkisi mədəni irsinə dəyən zərbə olub:

“Abidələr, məscidlər dağıdılmışdı, insanlar öz yurdlarından məcburi şəkildə köçürülmüşdü. Ərazinin ekoloji vəziyyətinə ciddi ziyan vurulmuşdu. Bu dağıntılar işğalın varvarlıq nümunəsi kimi dünya tarixində görünməmiş hadisələrdən biridir. Şəhərin məhv edilməsi düşünülmüş işğalçı siyasətin nəticəsi idi”.

Aydın Kərimov qeyd edib ki, Heydər Əliyev Fondu və Qarabağ Dirçəliş Fondu tərəfindən Şuşada geniş bərpa işləri aparılır.

“Nəticədə 27 tarixi abidə və 7 məscid bərpa olunub. Şuşa Dövlət Qoruğu tərəfindən bu il daha 15 tarixi abidənin konservasiyasına başlanılacaq. Həmçinin Xan qızı Xurşidbanu Natəvanın kompleksinin layihələndirilməsi işlərinə start veriləcək”, – deyə o əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı