Modern.az

Hacıqabulda turist qalmaqalı: 66 yaşlı kişi cəzalandırıldı

Hacıqabulda turist qalmaqalı: 66 yaşlı kişi cəzalandırıldı

Ölkə

1 İyun 2026, 09:48

Ötən gün  Karl və Lisa adlı turistlər velosipedlə Hacıqabulddan keçərkən yaşlı şəxs tərəfindən xoşagəlməz addım atılıb. Alman və yapon cütlüyünü görə, yaşlı vətəndaş maşını saxlayıb “haradan gəlirsiz, hara gedirsiz” sorğu-sualını başladıb, söhbət bitəndə isə  yapon qızın sinəsinə əl atmağa çalışıb. Turistlər bunu video çəkib sosial şəbəkədə paylaşıblar 

Modern.az-ın əldə etdiyi məlumata görə mayın 27-də Hacıqabul rayonu ərazisində turistlərin müraciəti əsasında polis əməkdaşları hadisə yerinə yaxınlaşıblar.

Onların iştirakı ilə araşdırma aparılıb, 66 yaşlı təqsirkar şəxs barəsində inzibati məsuliyyət tədbirləri görülüb.

Turistlərin əlavə hər hansı şikayəti olmayıb və onlar müraciətlərinə operativ reaksiya göstərildiyinə görə polis əməkdaşlarına təşəkkür edərək məmnunluqlarını ifadə ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...