Modern.az

7,5 milyard dollarlıq sazişlər Azərbaycana nə qazandıracaq? – ŞƏRH

7,5 milyard dollarlıq sazişlər Azərbaycana nə qazandıracaq? – ŞƏRH

Ölkə

Bu gün, 09:26

Bakı Enerji Həftəsi və 1-ci Azərbaycan–ABŞ İqtisadi Dialoqu çərçivəsində Azərbaycanın Respublikasının İqtisadiyyat Nazirliyi və SOCAR tərəfindən ABŞ, Türkiyə, Serbiya, San-Marino və Fransa kimi müxtəlif ölkələrin qabaqcıl şirkət və qurumları ilə iqtisadiyyat, enerji, investisiya və rəqəmsal texnologiyalar sahələrini əhatə edən, ümumi maliyyə dəyəri 7,5 milyard dollar olan bir sıra mühüm saziş və memorandumlar imzalanıb.                   

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov Modern.az-a bildirib ki, Bakı Enerji Həftəsi və 1-ci Azərbaycan–ABŞ İqtisadi Dialoquçərçivəsində ümumi maliyyə dəyəri 7,5 milyard ABŞ dollarıtəşkil edən saziş və memorandumların imzalanması Azərbaycanın müasir iqtisadi inkişaf tarixində mühüm hadisədir:

“ Bu sənədlər yalnız investisiya əməkdaşlığının genişlənməsi kimi deyil, həm də dövlətin strateji iqtisadi düşüncəsinin, enerji diplomatiyasının, beynəlxalq etimad kapitalının və suveren inkişaf modelinin ardıcıl nəticəsi kimi qiymətləndirilməlidir. Onlar göstərir ki, Azərbaycan enerji resurslarına malik ölkə statusunu aşaraq enerji, investisiya, sənaye, rəqəmsal texnologiyalar və beynəlxalq maliyyə axınlarının kəsişdiyi mühüm geoiqtisadi mərkəzə çevrilməkdədir.
 



Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun əsas məqsədi Azərbaycanın təbii resurs üstünlüyünü milli güc amilinə, enerji potensialını iqtisadi dayanıqlılıq mexanizminə, coğrafi mövqeyini isə beynəlxalq tərəfdaşlıq imkanına çevirməkdir. Məhz bu siyasət nəticəsində ölkəmiz qlobal enerji təhlükəsizliyi sistemində etibarlı tərəfdaş kimi tanınmış, beynəlxalq iqtisadi münasibətlərdə sabit və proqnozlaşdırıla bilən dövlət mövqeyini möhkəmləndirmişdir. Bu kontekstdə Bakı Enerji Həftəsi artıq ənənəvi sahəvi tədbir olmaqdan çıxaraq enerji təhlükəsizliyi, investisiya əməkdaşlığı, texnoloji transformasiya və strateji iqtisadi dialoq üçün nüfuzlu beynəlxalq platformaya çevrilib.
 
İmzalanmış memorandumların Azərbaycan üçün əsas əhəmiyyəti ondan ibarətdir ki, ölkəmiz enerji sektorunda əldə etdiyi üstünlükləri daha geniş iqtisadi modernləşmə prosesinə yönəldir. ABŞ, Türkiyə, Serbiya, San-Marino və Fransa kimi ölkələrin qabaqcıl şirkət və qurumları ilə əməkdaşlıq iqtisadiyyat, enerji, investisiya və rəqəmsal texnologiyalar sahələrini əhatə etməklə inkişaf siyasətimizin çoxşaxəli xarakterini nümayiş etdirir.
 
Bununla yanaşı, bu sənədlər dövlətin yalnız qısamüddətli iqtisadi faydanı deyil, həm də gələcək onilliklər üçün texnolojirəqabət qabiliyyətini, investisiya dayanıqlılığını, sənaye çevikliyini və beynəlxalq bazarlara daha dərin inteqrasiyanı hədəflədiyini göstərir. Beləliklə, memorandumlar Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi çıxış edir”.
 
Parlamentari vurğulayıb ki, növbəti mərhələdə əsas gözlənti imzalanmış memorandumların konkret investisiya layihələrinə və ölçülə bilən iqtisadi nəticələrə çevrilməsidir:

“Müasir dövrdə dövlətlərin iqtisadi gücü həmin resursların necə idarə olunması, hansı maliyyə və texnoloji mexanizmlərlə dəstəklənməsi və milli inkişaf məqsədlərinə necə xidmət etməsidir. Bu Azərbaycan istiqamətdə resurs idarəçiliyini sadəixrac modelindən daha mürəkkəb və dayanıqlı iqtisadi sistemə çevirməyi bacarmışdır. Enerji gəlirləri maliyyə sabitliyinigücləndirir, infrastruktur layihələrinin həyata keçirilməsini sürətləndirir, regionların inkişafına təkan verir və işğaldan azadedilmiş ərazilərin bərpası üçün möhkəm iqtisadi baza yaradır. Bu səbəbdən imzalanmış sənədlər yalnız xarici kapitalın cəlbi deyil, həm də iqtisadi suverenliyi gücləndirən strateji alətlərkimi qiymətləndirilə bilər.
 
Rəqəmsal texnologiyalar, süni intellekt əsaslı idarəetmə sistemləri, müasir sənaye həlləri və beynəlxalq maliyyə mexanizmlərinin tətbiqi Azərbaycan iqtisadiyyatında yeni keyfiyyət mərhələsinin formalaşdığını göstərir. Bu mərhələ daha yüksək əlavə dəyər, daha çevik idarəetmə, daha məhsuldar istehsal və daha dayanıqlı inkişaf prinsiplərinə əsaslanır. Dövlətin məqsədi enerji üstünlüyünü texnoloji üstünlüklə tamamlayan, resurs gəlirlərini bilik və innovasiya potensialı iləbirləşdirən müasir inkişaf modelini daha da gücləndirməkdir.
 
Növbəti mərhələdə əsas gözlənti imzalanmış memorandumların konkret investisiya layihələrinə və ölçülə bilən iqtisadi nəticələrə çevrilməsidir. Enerji təchizatı marşrutlarınıngenişləndirilməsi, yeni bazarlara çıxış imkanlarının artırılması, rəqəmsal həllərin istehsal və idarəetmə proseslərinə tətbiqi, süniintellekt texnologiyalarından istifadə və beynəlxalq maliyyəinstitutları ilə əməkdaşlığın dərinləşdirilməsi qarşıdakı dövrünəsas istiqamətləri kimi görünür.
 
Bu memorandumlar Azərbaycanın milli maraqları beynəlxalq əməkdaşlıq mexanizmləri ilə uzlaşdırmaq bacarığını nümayiş etdirir. Müasir iqtisadi diplomatiyanın əsas göstəricilərindən biriməhz xarici kapitalın milli inkişaf prioritetlərinə xidmət etməsinitəmin etməkdir. Azərbaycan iqtisadi açıqlıqla milli maraqlar arasında düzgün tarazlıq yaradır, beynəlxalq tərəfdaşlıqdanfaydalanmaqla yanaşı iqtisadi suverenliyini qoruyur və qlobal bazarlara inteqrasiyanı milli inkişaf gündəliyinin ayrılmaz hissəsinə çevirir”.
 
R. Muradov qeyd edib ki, bu sənədlərin beynəlxalq imic baxımından əhəmiyyəti də xüsusi vurğulanmalıdır:

“Belə iri həcmli maliyyə portfelinə malik razılaşmaların məhz Bakı platformasında imzalanması ölkəmizə olan siyasi, iqtisadi və institusional etimadın göstəricisidir. Qlobal şirkətlər və nüfuzlu qurumlar əməkdaşlıq qərarlarını yalnız kommersiya maraqları əsasında deyil, həm də sabitlik, hüquqi proqnozlaşdırıla bilənlik, təhlükəsiz investisiya mühiti və uzunmüddətli tərəfdaşlıq perspektivləri əsasında qəbul edirlər.
 
Müasir beynəlxalq münasibətlər sistemində dövlətin nüfuzu yalnız diplomatik fəallıqla müəyyən olunmur. Enerji təhlükəsizliyinə töhfə vermək, strateji infrastruktur yaratmaq, qlobal şirkətlərlə uzunmüddətli əməkdaşlıq qurmaq və texnoloji yenilənməyə açıq olmaq da dövlətin real çəkisini müəyyən edən əsas amillərdir. Azərbaycan bu istiqamətlərin hər biri üzrə ardıcıl şəkildə irəliləyərək özünü təkcə enerji ixracatçısı kimi deyil, həm də strateji təşəbbüskar, investisiya tərəfdaşı, regional sabitlik dayağı və iqtisadi transformasiya mərkəzi kimi təqdim edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin üstünlüyü də məhz iqtisadi inkişafı dövlət maraqları, enerji diplomatiyasını milli təhlükəsizlik prioritetləri və beynəlxalq əməkdaşlığı suveren qərarvermə imkanları ilə uzlaşdırmasındadır.
 
Bakı Enerji Həftəsi və 1-ci Azərbaycan–ABŞ İqtisadi Dialoqu çərçivəsində imzalanmış 7,5 milyard dollarlıq saziş və memorandumlar Azərbaycanın iqtisadi inkişaf strategiyasında yeni mərhələnin başlandığını göstərir. Bu mərhələ daha çox investisiya, daha geniş texnoloji əməkdaşlıq, daha dərin beynəlxalq tərəfdaşlıq və daha yüksək əlavə dəyər üzərində qurulur. Bu sənədlər bir daha təsdiqləyir ki, Azərbaycanın enerji siyasəti yalnız resurs idarəçiliyi deyil, iqtisadi müstəqilliyin, milli təhlükəsizliyin, beynəlxalq nüfuzun və davamlı inkişafın təmin edilməsinə xidmət edən kompleks dövlət siyasətidir.
 
Bu baxımdan imzalanmış memorandumlar ölkəmizin qarşısında yeni iqtisadi imkanlar açmaqla yanaşı, Azərbaycanın qlobal miqyasda etibarlı, sabit, təşəbbüskar və strateji tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Dövlətimizin həyata keçirdiyi ardıcıl, praqmatik və uzaqgörən siyasət Azərbaycanın resurs ölkəsindən yüksək etimad kapitalına malik, texnoloji yenilənməyə açıq və beynəlxalq iqtisadi proseslərdə söz sahibi olan güclü dövlət modelinə doğru inamla irəlilədiyini nümayiş etdirir”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər bir üzvü Müşfiq Cəfərov isə vurğulayıb ki, Azərbaycan qlobal enerji və investisiya xəritəsində mövqeyini gücləndirir:

“Bakı Enerji Həftəsi və 1-ci Azərbaycan–ABŞ İqtisadi Dialoqu çərçivəsində ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən mühüm sənədlər imzalanıb.  Bakı Enerji Həftəsi və ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində imzalanan 7,5 milyard dollarlıq sazişlər paketi ölkənin enerji, maliyyə və yüksək texnologiyalar sahəsində beynəlxalq əməkdaşlığını yeni səviyyəyə yüksəlməsinə şərait yaradacaqdır. 
Həmin sənədlər təkcə enerji sektorunu deyil, həm də investisiya, rəqəmsal texnologiyalar, sənaye və innovasiya sahələrini əhatə etdiyindən onların iqtisadi təsiri çoxşaxəli olacağına şübhə yoxdur.  Sənədin əhəmiyyətindən danışarkən ilk növbədə onu qeyd edimki, ölkəyə xarici kapital axınının artmasına təkan verəcək. Xarici investisiyalar yeni istehsal güclərinin yaradılması, infrastrukturun modernləşdirilməsi və texnologiya transferi baxımından əhəmiyyətli olacaqdır. Bu isə öz növbəsində yaxın gələcəkdə  qeyri-neft sektorunun inkişafına və iqtisadiyyatın şaxələndirilməsinə xidmət edə bilər”

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Ordu Ermənistana girəcək! - Rusiyadan şok xəbərdarlıq - Xəbəriniz Var? - Media Turk TV