Modern.az

Naxçıvan Dövlət Universiteti jurnalistikaya qəbul olmuş yeganə tələbəsindən məhrum oldu

Naxçıvan Dövlət Universiteti jurnalistikaya qəbul olmuş yeganə tələbəsindən məhrum oldu

Ölkə

27 Avqust 2014, 10:52

Bu il Naxçıvan Dövlət Universitetində (NDU) jurnalistika fakültəsinin I kursu olmayacaq.

“Universitetin jurnalistika fakültəsinə qəbul olan yeganə tələbə ixtisasını dəyişmək istəyinmi açıqlayıb”. Bu barədə Modern.az-a universitetin tədris şöbəsindən məlumat veriblər. Şöbədən həmçinin bildiriblər ki, həmin tələbənin ixtisası dəyişdiriləcək:

“Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına bu barədə məktub yazmışıq. Onlar tələbənin öz qrupu daxilində universitetimizin digər bir fakültəyə yerləşdirəcəklər”.

NDU-nun jurnalistika fakültəsinə qəbul qabiliyyət imtahanı ilə aparılıb. Qabiliyyətdən keçən 51 nəfərdən 47-si sözügedən ixtisasına yiyələnmək istəyib. Sonda cəmi bir nəfəri NDU-nun jurnalistika fakültəsini seçib.   

Rüfanə GÜNƏŞ


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı