Modern.az

ABŞ-dən 907-ci düzəlişlə bağlı MÜHÜM ADDIM 

ABŞ-dən 907-ci düzəlişlə bağlı MÜHÜM ADDIM 

Ölkə

Bu gün, 22:20

ABŞ Dövlət Departamenti Azərbaycanın “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş çərçivəsində tətbiq olunan yardım məhdudiyyətlərindən azad edilməsinin müddətinin uzadılması ilə bağlı Konqresi məlumatlandırıb.

Modern.az xəbər verir ki, Dövlət Departamenti bununla bağlı sənədi iyulun 28-də Senatın Xarici Əlaqələr Komitəsinə, avqustun 10-da isə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim edib.

Qeyd edək ki, 1992-ci ildə qəbul edilən 907-ci düzəliş ABŞ-ın Azərbaycana müəyyən yardım göstərməsini məhdudlaşdırır. Daha sonra, 2001-ci ildə Konqres ABŞ prezidentinə bu məhdudiyyətlərin tətbiqini dayandırmaq imkanı verib.

Bu səlahiyyətdən istifadə edən ABŞ prezidentləri 907-ci düzəliş üzrə məhdudiyyətlərin dayandırılmasını hər il uzadaraq bu barədə Konqresə rəsmi məlumat təqdim edirlər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini kürəyindən "VURDULAR": Şok açıqlama