Modern.az

Ermənistana bu dəfə buğda və arpa göndəriləcək

Ermənistana bu dəfə buğda və arpa göndəriləcək

İqtisadiyyat

Bu gün, 09:31

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

Modern.az xəbər verir ki, 11 vaqondan ibarət, çəkisi 1108 ton olan buğda və 4 vaqondan ibarət, çəkisi 273 ton olan arpa bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 47 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!