Modern.az

Azərbaycan neftinin qiyməti artıb

Azərbaycan neftinin qiyməti artıb

İqtisadiyyat

Bu gün, 09:37

Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti artıb.

Modern.az xəbər verir ki, Azərbaycan neftinin “CIF” əsaslı 1 barelinin qiyməti 0,9 dollar və ya 0,95 faiz bahalaşaraq 95,48 dollara yüksəlib.

Qeyd edək ki, “Azeri Light”ın əvvəlki qiyməti 94,58 dollar olub. Bu qiymət 19 avqustda 3,27 dollar və ya 3,58 faiz artım nəticəsində formalaşmışdı.

Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 dollar hesablanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Solovyov yenə özündən çıxdı - Bakının cavabını verin!