15 saylı Yasamal birinci seçki dairəsinin komissiyası Milli Dövlətçilik Partiyasının (MDP) sədri Nemət Pənahlının namizədliyini qeydə almaqdan imtina edib. Buna etiraz olaraq deputatlkığa namizəd mətbuat konfransı keçirib.
Jurnalistlərə açıqlamasında o, deyib ki, 700-ə qədər imza toplayaraq DSK-ya təhvil verib:
“Buna baxmayaraq imza vərəqələrində müəyyən problemlərin olduğu məlum oldu. Elə bu səbəbdən də o, yeni imza vərəqələri alaraq imzatoplamanı yenidən həyata keçirdim. Lakin DSK mənim namizədliyinin qeydə alınmaması barədə qərar qəbul edib”.
Pənahlı DSK-nın bu qərarından narazı olduğunu deyib: “Meydandan çıxmağım üçün təbliğat aparırlar. Bildirirəm ki, mənə qarşı olan haqsızlıqlar davam etsə, məndən inciməsinlər. Hüquqlarım tapdansa, haqsızlığa dözməyib inqilab edəcəm”
Modern.az