Modern.az

Lənkəran Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi

Lənkəran Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi

Ölkə

Bu gün, 10:54

Xarrat Kooperativi ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) məhkəmə çəkişməsi başa çatıb.

Modern.az Plat.az-a istinadən xəbər verir ki, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) göstərilib.

Mübahisənin əsasını Lənkəran şəhərinin Füzuli küçəsində yerləşən qeyri-yaşayış sahəsi, həmin əmlaka dair 1990 və 2002-ci illərdə rəsmiləşdirilmiş sənədlər, eləcə də 2021-ci ildə B.Mirsalayev küçəsində dövlət mülkiyyətində olan torpaq sahəsinin başqa məqsədlə ayrılması ilə bağlı məsələ təşkil edib.

İş materiallarından görünür ki, Lənkəran Şəhər İcraiyyə Komitəsinin 1990-cı il tarixli qərarı ilə Füzuli küçəsində yerləşən ərazidə əhaliyə məişət xidməti istehsalat idarəsinin təsərrüfat heyətinin istifadəsiz hissəsindən sahə ayrılması qərara alınıb. Sənədə əsasən, söhbət 60x30 metr ölçüdə, ümumilikdə 1800 kvadratmetr sahədən gedib.

Həmin sahənin “Materiallar tədarükü və satışı kooperativi”nə ayrılması nəzərdə tutulub.

İş üzrə təqdim edilmiş sənədlər arasında 2002-ci ilə aid qeydiyyat vəsiqəsi də yer alıb. Belə ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən 2002-ci il tarixli qeydiyyat vəsiqəsi verilib. Həmin sənəddə Lənkəran şəhəri, Füzuli küçəsində yerləşən xarrat sexinin bütövlükdə Xarrat Kooperativinin mülkiyyətində olması əks olunub.

Bundan başqa, həmin ünvanda yerləşən və 1990-cı ilə aid qeyri-yaşayış binasına dair 2002-ci il tarixdə texniki pasport tərtib edilib.

Beləliklə, iş materiallarında Füzuli küçəsindəki qeyri-yaşayış əmlakı ilə bağlı həm əvvəlki qərar, həm mülkiyyətin qeydiyyatı, həm də texniki sənədlərin mövcudluğu göstərilib.

Mübahisənin digər hissəsi isə Lənkəran şəhərinin B.Mirsalayev küçəsində yerləşən torpaq sahəsi ilə bağlı olub.

Lənkəran Şəhər İcra Hakimiyyətinin 2021-ci il tarixli sərəncamına əsasən həmin ünvanda dövlət mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0,326 hektar torpaq sahəsi Azərbaycan Respublikası AQTA-nın Lənkəran regional bölməsinin inzibati binasının tikintisi üçün ayrılıb.

Məhkəmə materiallarından görünür ki, iddiaçı bu sərəncam və onunla əlaqəli məsələlər əsasında məhkəməyə müraciət edib.

Şirvan İnzibati Məhkəməsinin qərardadı ilə iddia mümkün sayılmayıb. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş edib. Lakin Şirvan Apellyasiya Məhkəməsinin qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılıb. Daha sonra Xarrat Kooperativi apellyasiya instansiyasının qərardadı ilə razılaşmayaraq kassasiya şikayəti verib.

Ali Məhkəmə iş materiallarını və aşağı instansiya məhkəmələrinin gəldiyi nəticələri araşdırıb. Yekunda kassasiya şikayətinin təmin edilməməsi qərara alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı