Modern.az

Qurultayımız ilk dəfə suverenliyimiz tam bərpa edildikdən sonra keçirilir

Qurultayımız ilk dəfə suverenliyimiz tam bərpa edildikdən sonra keçirilir

Ölkə

Bu gün, 10:28

İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir.

Modern.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) Sədri, Prezident İlham Əliyev YAP-ın VIII Qurultayında çıxışı zamanı deyib.

VII qurultayın da o vaxt üçün yeni mühitdə keçirildiyini xatırladan dövlətimizin başçısı qeyd edib: “ Çünki o şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdir və bütün dünya bizim Zəfərimizdən danışırdı. Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Moskvada dəhşətli partlayış - Ölənlər var