Modern.az

Məişət zorakılığından zərər çəkən 26 uşaq reabilitasiyaya cəlb olunub

Məişət zorakılığından zərər çəkən 26 uşaq reabilitasiyaya cəlb olunub

Ölkə

Bu gün, 11:06

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfəri sosial reabilitasiya xidmətləri ilə təmin edib.

Modern.az-a ƏƏSMN-dən verilən məlumata görə, onlardan 26 nəfəri uşaqlardır.

Bildirilib ki, onlar Agentliyin müvafiq müəssisəsində 2021-ci ildən fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsində xidmətlərə cəlb olunublar.

Həmin şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası ilə bağlı fərdi iş planı üzrə işlər aparılıb.

Qeyd edilib ki, şöbədə müasir tələblərə uyğun şərait yaradılıb və şöbəyə qəbul edilən şəxslər sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı xidmətləri ilə əhatə olunurlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər