Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan 58 yaşlı lənkəranlı dron hücumu zamanı öldürülüb. Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev məşhur "Nənələr" folklor klubunun üzvü Xanımbacı Quliyevanın oğludur.
Modern.az-ın məlumatına görə, 1936-cı il təvəllüdlü Xanımbacı Quliyeva 27 iyun 2025-ci ildə 89 yaşında vəfat edib. Mərhum Lənkəran rayonunun Separadi kəndində dəfn olunub.
