Modern.az

Hərbi xidmət keçməyənlər niyə vəzifəyə təyin olunur?! - Polkovnikdən ETİRAZ

Hərbi xidmət keçməyənlər niyə vəzifəyə təyin olunur?! - Polkovnikdən ETİRAZ

Ölkə

Bu gün, 15:59

“Son vaxtlar xeyli savadlı gənc hökumət strukturlarında yüksək vəzifələrə təyin olunub. Yəqin ki, belə müsbət tendensiya bundan sonra da davam etdiriləcək. Məni və yüz minlərlə keçmiş hərbçiləri bir məsələ ciddi şəkildə düşündürür: axı bu gənclərin bir çoxu Vətən qarşısında öz Konstitusion borcu olan hərbi xidməti hansısa səbəbdən yerinə yetirməyib. Niyəsi mənim üçün də məlum deyil”.

Modern.az xəbər verir ki, bunu hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirib. O, son vaxtlar aparılan kadr təyinatları zamanı hərbi xidmət keçməyən gənclərin vəzifəyə irəli çəkilməsinə etiraz edib.

Ü.Cəfərov deyib ki, heç bir nazir, komitə, agentlik rəhbəri təyin olunduğu qurumu öz şəxsi obyekti kimi başa düşməməli, kadr təyinatı zamanı diqqətli olmalıdır. Hərbi ekspert bu praktikaya son qoymağa çağırıb:


“Bu çox yanlış və zərərli praktikadır. Vətən və xalq qarşısında Konstitusion borcunu yerinə yetirməyən hansı rəhbər şəxs öz tabeliyində olan insanlar üçün - hərbi terminlə desək, şəxsi heyət üçün nümunə ola biləcək?! İnsanlar məndən bu sualın cavabını soruşurlar deyə, mən də bu haqlı və əsaslı sualı müvafiq qurumların kadr təyinatlarına cavabdeh şəxslərinə ünvanlıyıram. Hərbi xidmət borcunu yerinə yetirməyən heç bir şəxs yuxarı, rəhbər vəzifələrə təyin olunmamalıdırlar! Bu həm gənclərə pis nümunədir, həm də Vətəni müdafiə edən şəxslərin ağır, zəhmətlə dolu peşəsinə bir sayğısızlıqdır. Hərbi xidmətdə olmayan birisinin gəlib mənim döyüş keçmiş generalımın, zabitimin, əsgərimin qarşısında yüksək əda ilə Vətənə sevgidən danışması, bizə həyat dərsi "izah etməsi” sadəcə ironiyadır. Son vaxtlar belə "igidlərin" sayı durmadan artıb. Olmaz!”.

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Əliyev Ərdoğana məktub göndərdi - Nələr olacaq?