2027-ci ildə hamiləlik və doğuma görə müavinətlərin ödənilməsinə 77 milyon 340 min manat nəzərdə tutulur.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi haqqında qanun layihəsində qeyd edilib.
Layihədə uşağın anadan olmasına görə müavinətlər üçün 84 milyon 10 min manat, üç yaşınadək uşağa qulluğa görə ödənişlər üçün isə 21 milyon 580 min manat proqnozlaşdırılır.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərə 47 milyon 380 min manat, dəfn üçün ödənişlərə isə 50 milyon 320 min manat nəzərdə tutulur.
Ümumilikdə, məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərcləri 280 milyon 630 min manat təşkil edəcək.