Noyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam bəzi yerlərdə yağış yağacağı, gecəyə doğru isə yağışın yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimal olunur.
Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeronda mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10–13, gündüz 15–18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm-ə yüksələcək. Nisbi rütubət 70–75 faiz təşkil edəcək.
Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 6–11, gündüz 14–18, dağlarda isə gecə 3–8, gündüz 8–13 dərəcə isti olacaq.