Modern.az

Parlamentdə Ukraynadakı tələbələrlə bağlı məsələ qaldırıldı

Parlamentdə Ukraynadakı tələbələrlə bağlı məsələ qaldırıldı

Parlament

4 Mart 2022, 12:16

Milli Məclisdə Ukraynada təhsil alan tələbələrin problemləri ilə bağlı məsələ qaldırılıb. 

 

Modern.az xəbər verir ki, bu barədə deputat Aydın Mirzəzadə çıxış edib. 

 

Deputat Ombudsmanın 2021-ci ildə görülən işlər haqqında məruzəsinin müzakirəsi zamanı Ukraynada təhsil alan tələbələrin müraciətlərinə diqqət edilməsini vurğulayıb:

 

"Həmin tələbələrin təhsilini hansı şəkildə davam etdirəcəyi sual altındadır. Biz onların təhsil həyatını, gələcəyini taleyin ümidinə buraxa bilmərik".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Azərbaycan bu ölkələrə etiraz etdi - Dayandırın!