Modern.az

Sahibə Qafarova Gürcüstanda səfərdədir

Sahibə Qafarova Gürcüstanda səfərdədir

Parlament

19 Aprel 2022, 13:17

Aprelin 19-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Gürcüstana rəsmi səfərə gedib.

 

Parlamentdən Modern.az-a verilən məlumata görə, Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanında nümayəndə heyətini Gürcüstan Parlamenti sədrinin müavini, Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Arçil Talakvadze, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

 

Bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın ölkənin rəsmi şəxsləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranda yenə müharibə başladı - Gəmilər bombardman edilir - Xəbəriniz Var? - Media Turk TV