Modern.az

"Qətnamə"lər hüququn deyil, siyasi sifarişin məhsuludur - Azay Quliyev

"Qətnamə"lər hüququn deyil, siyasi sifarişin məhsuludur - Azay Quliyev

Parlament

Bu gün, 11:44

Aprelin 16-da Belçika və Niderland parlamentlərində qəbul olunan bədnam qətnamələr Azərbaycana qarşı yönəlmiş siyasi təxribatdır. Bu “sənədlər” faktlara deyil, yalanlara, təhriflərə və əsassız ittihamlara əsaslanır.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Azay Quliyev bildirib.

Deputat bildirib ki, onların müəllifləri və lehinə səs verənlər beynəlxalq hüququn prinsiplərini müdafiə etdiklərini iddia etsələr də, əslində həmin prinsipləri, xüsusilə dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün toxunulmazlığı, eləcə də qanunun aliliyi prinsiplərini kobud şəkildə pozduqlarının fərqindədirlər.

“Ən paradoksal məqam isə ondan ibarətdir ki, bu qətnamələr regionda sülh prosesinin irəlilədiyi, düşmənçiliyi və seperatizmi körükləyən köhnə narrativlərin həm yerli, həm də beynəlxalq gündəlikdən tam çıxarıldığı vaxtda, o cümlədən, Azərbaycan və Ermənistan parlament sədrləri arasında konstruktiv dialoqun davam etdiyi gündə qəbul edilib”.

Bu sənədlərin ən təhlükəli tərəfi isə onların məzmunu deyil, niyyətidir:

“Çünki qətnamə müəlliflərinin başlıca məqsədi Azərbaycanla Ermçənistan arasında uğurla davam edən sülh və etimad quruculuğu prosesinə açıq zərbə vurmaq, gərginliyi və nifrəti artırmaq, revanşist qüvvələri ruhlandırmaqdır.”

“Görəsən, həm Belçika, həm də Niderland parlamentində eyni gündə Azərbaycana qarşı bu cür təxribata əl atanları, müharibə və insanlıq əleyhinə cinayətlər törətmiş şəxsləri “müharibə əsiri” kimi təqdim edənləri nə birləşdirir?

Onların fəaliyyətini bu qədər sinxron şəkildə kim koordinasiya edir?

Başqa bir sual: Ermənistanda nəzərdə tutulan 7 iyun parlament seçkilərində Paşinyan hökumətinin seçki platformasının əsas xəttinin sülh gündəliyi olduğunu nəzərə alsaq, bu qətnamələrin eyni zamanda həmin seçki kampaniyasına zərbə olduğunu görməmək mümkündürmü?

O zaman bu cür ikrah hissi doğuran qətnamələri qəbul etməklə regiondakı müsbət proseslərin mane olmaqda kim maraqlıdır?

Məncə, hər iki sualın cavabı birdir: Ermənistanla Azərbaycan arasında sülhün daimi və qalıcı olmasını istəməyən, bu prosesi özlərinin siyasi mövcudluğuna təhlükə hesab edən erməni diasporu və bölgədə itirdikləri geosiyasi təsir imkanlarını bərpa etməyə çalışan dairələr”- deyə deputat qeyd edib.

A. Quliyev sonda bildirib ki, qətnamə müəlliflərinin bu iki qüvvədən hansının sifarişilə hərəkət etdiyini araşdırmaq isə artıq Belçika və Niderlandın müvafiq qurumlarının işidir.

Hər iki qətnaməni qəti şəkildə pisləyir və bu ölkələri anti-Azərbaycan kampaniyasına son qoymağa, sülh prosesinə və beynəlxalq hüquqa hörmət etməyə çağırıram.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?