Modern.az

İƏT-dən Ermənistana ÇAĞIRIŞ - Separatçıları Qarabağdan çıxarın!

İƏT-dən Ermənistana ÇAĞIRIŞ - Separatçıları Qarabağdan çıxarın!

Qarabağ

10 Avqust 2022, 22:54

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi avqustun 3-də qanunsuz silahlı dəstələrin Azərbaycan ordusunun mövqelərini intensiv atəşə tutması nəticəsində hərbçi Anar Kazımovun həlak olmasını pisləyən bəyanat yayıb.

 

Modern.az xəbər verir ki, bəyanatda Ermənistana çağırış edilib.

 

İƏT Ermənistanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat üzrə öhdəliklərini yerinə yetirməyə və qanunsuz silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarmağa çağırıb.

 

İƏT Baş Katibliyi azərbaycanlı şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Sizə yeni x var
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər