Modern.az

Yaşar Nuri Bakıya xüsusi arabada gəlib

Yaşar Nuri Bakıya xüsusi arabada gəlib

Təhsil

7 Mart 2011, 21:29

Xalq artisti hələki sərbəst yeriyə bilmir

Türkiyənin “Memorial” xəstəxanasında müalicə olunan xalq artisti Yaşar Nuri bir neçə günlüyə Bakıya gəlib. Hava limanında onu dostları və jurnalistləri qarşılayıb. Müalicəsinin gedişi ilə bağlı danışan Yaşar Nuri qeyd edib ki, beynindəki problemlərdən doğan fəsadlar böyrəklərində fəsad yaradıbmış. “İndi yaxşıyam. Müalicə uğurla gedir. Yaxın zamanlarda tam sağlıb Bakıya qayıdacağam. 60 illik yubleyimi teatrın səhnəsində keçirmək istəyirəm”-deyə xalq artisti vurğulayıb. Yaşar Nuri Azərbaycan Milli Akademik dram Teatrın martın 11-də keçiriləcək açılışına da qatılacaq.

Yaşar Nuri Bakıya xüsüsi arabada gətirilib. Onun hərəkət və ayağa qalxmaqla bağlı problemləri var.  

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı