Modern.az

Moskva meri Allahşükür Paşazadəyə dəvət göndərib

Moskva meri Allahşükür Paşazadəyə dəvət göndərib

Təhsil

28 Fevral 2012, 12:57

Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 29-da Rusiya Federasiyasına səfərə yola düşür. Bu barədə Modern.az-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Səfər Moskva şəhərinin meri Sergey Sobyaninin dəvəti əsasında baş tutur.

Səfər müddətində Şeyxülislam A. Paşazadənin Moskva və bütün Rusiya Patriarxı Kiril həzrətləri ilə görüşü nəzərdə tutulur. Görüşlərdə dinlərarası dialoqun inkişaf etdirilməsi perspektivləri müzakirə ediləcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı