Modern.az

Hacıbala Abutalıbov İsa Qəmbərə cavab verib

Hacıbala Abutalıbov İsa Qəmbərə cavab verib

Təhsil

4 Mart 2012, 19:07

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasına qurultay keçirmək üçün şəhər mərkəzindən kənarda 4 yer təklif edib.

Partiyandan verilən məlumata görə, martın 2-də Müsavata göndərilən cavabda meriya Maştağa, Əmircan və Bakıxanov qəsəbələrindəki mədəniyyət evlərini, Əhmədlidəki “Bakı” kinoteatrını təklif edib.

Müsavat Partiyası bu təkliflərlə razılaşmır. Partiya başqanının müavini Tofiq Yaqublu bildirib ki,  onlara təklif edilən yerlər 300 nəfərlikdir. Müsavat isə 1000 nəfərlik tədbir keçirməyi planlaşdırı.

İndi Müsavat martın 5-də partiyanın Divanında meriyanın təklifini müzakirə edəcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!