Modern.az

Erməni snayperi mülki azərbaycanlını yaralayıb

Erməni snayperi mülki azərbaycanlını yaralayıb

Təhsil

30 Mart 2012, 18:50

Modern.az saytı xəbər verir ki, martın 30-da Tovuz rayonunun təmas xəttində yerləşən Əlibəyli kəndində mülki şəxs erməni snayperinin gülləsinə tuş gəlib. Təxminən saat 12.00 radələrində düşmən snayperinin açdığı atəş Əlibəyli sakini Quliyev Vüsal Vəli oğlunu yaralayıb. Yaralı dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin müdaxilə nəticəsində onun sol bud nahiyəsindən 5,15 çaplı güllə çıxarılıb. Xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir.
Əlibəyli sakinlərinin əməkdaşımıza verdiyi məlumata görə, erməni snayperi 4 dəfə atəş açıb və bunlardan biri hədəfə dəyib. Yaralanan Quliyev Vüsal əkin sahəsində işləyirmiş...

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı