Modern.az

Deputat: ““Siyasi partiyalar haqqında” qanun partiyalara yeni can verəcək”

Deputat: ““Siyasi partiyalar haqqında” qanun partiyalara yeni can verəcək”

Təhsil

9 Aprel 2012, 19:48

Aprelin 10-da “Siyasi partiyalar haqqında” qanun layihəsinin ilkin variantı  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də İnsan hüquqları komitəsinin iclasında birgə müzakirə olunacaq.
Sabah müzakirə olunacaq qanun layihəsi barədə millət vəkili Çingiz Qənizadə Modern.az saytına danışıb.  

- “Siyasi partiyalar haqqında qanun” layihəsi İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrində müzakirə olunduğu üçün mən sənədlə tanışam və sabaha qədər də bunu  daha diqqətlə araşdıracağam. Yeni qanun layihəsinə edilən dəyişikliklər siyasi partiyaların fəaliyyətini daha da tənzimləyəcək, stimullaşdıracaq, onlara yeni quvvə, yeni can verəcək. Burada xüsusilə siyasi partiyaların dövlət tərəfindən  maliyyələşdirilməsi məsələsi və 1992-ci ildə qəbul olunan qanuna 20 ildən sonra yeni baxış, yeni maddələrin əlavə olunması, yeni variantların qanuniləşdirilməsi məsələlərindən söhbət gedir. Bu, partiyaların fəaliyyətini daha da stimullaşdıracaq, aktivləşdirəcək qanuna və hüquqa hörmət çərçivəsində fəaliyyətini genişləndirəcək. Bütun hallarda bu qanun çoxdan lazım idi, vacib idi. Hesab edirəm ki, ola bilsin siyasi partiyalar layihədəki bəndlərlə razılaşmasınlar, öz təkliflərini versinlər. Amma mən hesab edirək ki, bu vacib qanunlardan biridi. Mən “Siyasi partiyalar haqqında qanun” layihəsinə olunan əlavə və dəyişiklikləri təqdirəlayiq hesab edirəm”.

Ç.Qənizadə bildirib ki, siyasi partiya üzvu olmadığına görə, qanuna dəyişiklikləri geniş şərh etmək istəmir.

”Sənəd daha çox  siyasi partiyaların maraqlarına toxunduğu üçün, onların maraq dairəsini kəsb etdiyi üçün onların nümayəndələri daha geniş məlumat verə bilərlər.

Hesab edirəm ki, yeni qanun layihəsi gələcəkdə qəbul olunacaqsa, sənəd müasir dövrdə digər dövlətlərdə olduğu kimi iqtidar-müxalifət münasibətlərin də tənzimləmə rolu oynamalıdı ki,    sivil, dinamik, bir-birinə qarşı hörmət formasında siyasi mübarizənin yolunu müəyyən etsin. Fikrimcə, sənəd partiyaların dövlətdən maliyyələşməsinin hüququnu müəyyən etməli və eyni zamanda partiyaların fəaliyyətinə bürokratik əngəllərin aradan götürülməsi ilə qanunauğun formada fəaliyyəti tənzimləməlidir. Bütün bunlar gələcəyin işidi, hazırki əlavə və dəyişiklikləri  təqdirəlayiq hesab edirəm”.

Mail Ağaxanov

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı