Prezident Ilham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) “Qartal” xüsusi təyinatlı dəstəsinin bir qrup əməkdaşı orden və medallarla təltif edilib. Modern.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, MTN əməkdaşları Gəncə şəhərində keçirilən xüsusi əməliyyat zamanı göstərdikləri şücaət və igidliyə görə təltif olunublar.
Sərəncama əsasən, polkovnik-leytenant Elşad Quliyev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Qartal” xüsusi təyinatlı dəstəsinin digər əməkdaşları isə “Vətən uğrunda” , “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif ediliblər.
Qeyd edək ki, Gəncə şəhərində ictimai-siyasi sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə təxribat-pozuculuq və terror aktları planlaşdıran silahlı qrup Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin “Qartal” xüsusi təyinatlı dəstəsi tərəfindən yüksək peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib.
Modern.az