Dünəndən etibarən Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərə ərizə qəbulu başlayıb. TQDK bununla bağlı abituriyentlərə yeni xidmət təklif edir. Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ali məktəblərə qəbul imtahlarında iştirak etmək istəyən abituriyentlər elektron ərizə vermək üçün nəzərdə tutulan virtual ödəmə kartlarını artıq SMS-lə əldə edə bilərlər.
Bunun üçün abituriyentlər Azercell, Bakcell və NAR Mobile nömrələrindən 7725 nömrəsinə boş SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna iş nömrəsi və şifr göstərilən virtual ödəmə kartı daxil olacaq.
Qeyd edək ki, Ali məktəblərə sənəd qəbulu aprelin 10-dan mayın 16-dək aparılacaq. Aprelin 16-dan ərizələrin təsdiqlənməsinə başlanacaq. Bu proses mayın 18-də bitəcək. Rus bölməsi abituriyentləri üçün Azərbaycan dili fənnindən ilk imtahan mayın 13-də, ikinci imtahan isə iyunun 24-də keçiriləcək.
Modern.az