Modern.az

Əbülfəs Qarayev İsa Qəmbərə cavab verməyə tələsmir

Əbülfəs Qarayev İsa Qəmbərə cavab verməyə tələsmir

Təhsil

11 Aprel 2012, 15:20

Müsavat partiyasının qurultayla bağlı Mədəniyyət və Turizm Nazirliyinə ünvanladığı müraciətə hələ hə cavab verilməyib. Bu barədə partiya başqanının müavini Gülağa Aslanlı Modern.az-a açıqlamasında bildirib. G.Aslanlı qeyd edib ki, məktub nazirliyı bir neçə gün əvvəl göndərilsə də məlumat əldə etmək mümkün olmayıb

“Qurultayla bağlı bizim müraciətə baxılmayıb. Bu gün zəng olunub məktubun taleyi ilə bağlı öyrənməyə çalışdıq. Nazirlikdən bizə bildirdilər ki, gün ərzində zəng vurub məlumat verəcəklər. Hələki heç bir xəbər yoxdur, nə də zəng eləməyiblər. Qanunun tələbinə uyğun olaraq müraciətdən sonra 15 gün  müddətinə cavab verilməlidir. Müraciətə cavab verilməyib”-deyə G.Aslanlı bildirib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti qurultay keçirmək üçün Müsavat partiyasına Opera və Balet Teatrını tövsiyyə edib. Lakin teatr Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olduğu üçün ilk növdə nazirliyə məktubla müraciət edib razılıq alınmalıdır.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı