Modern.az

DİN: “Qubadakı körpü çökəndə "QAZel" çaya düşüb”

DİN: “Qubadakı körpü çökəndə "QAZel" çaya düşüb”

Təhsil

18 Aprel 2012, 13:37

Daxili İşlər Nazirliyi Bakı-Quba-Rusiya sərhədi yolunun 156-cı km-də, Qaraçay üzərindəki körpünün çökməsi barədə  məlumat yayıb. Modern.az xəbər verir ki, DİN-nin yaydığı məlumata əsasən, aprelin 18-də Quba rayonu ərazisinə yağan  güclü yağışdan Qaraçay çayının suyu məcrasından çıxarıb. Nəticədə Qaraçay kəndi ərazisində çayın üzərində olan körpünün 15-20 metrlik hissəsi dağılıb. Bu zaman körpünün üstündən keçən İqrik kənd sakini Ülfət Hüseynovun idarə etdiyi "QAZel" markalı avtomaşın çaya düşüb. Quba RPŞ  əməkdaşları tərəfindən xilas edilən Ü.Hüseynov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

  Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı