Modern.az

Deputat seçicilərinin istəyilə görüş keçirib

Deputat seçicilərinin istəyilə görüş keçirib

Təhsil

8 May 2012, 14:54

Milli Məclisin deputatı, professor Musa Qasımlı Sumqayıt şəhərindəki 11-ci mikrorayonda yaşayan seçiciləri ilə görüşüb. Deputatın qərargahından Modern.az-a bildirilib ki, görüş seçicilərin istəyi ilə baş tutub. Onlar əsasən prioblemlərini -yaşadıqları mikrorayondakı elektrik kabellərinin və asfaltın köhnəldiyini söyləyiblər. Bir neçə sakin sanator-kurort müalicəsinə getmək istədiklərini bildirib. Seçicilər  şəhərdə görülən təmir, tikinti-quruculuq işlərindən razılıq ifadə ediblər, deputatın seçiciləri ilə əlaqələrindən məmnunluq bildiriblər. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı