Modern.az

Abel Məhərrəmov: “Murtuz Ələsgərov adına təqaüd veriləcək”

Abel Məhərrəmov: “Murtuz Ələsgərov adına təqaüd veriləcək”

Təhsil

8 Avqust 2012, 17:06

Milli Məclisin sabiq sədri Murtuz Ələsgərovun adına təqaüd təsis ediləcək. Modern.az-ın məlumatına görə, bu barədə mərhumla vida mərasimində iştirak edən Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov jurnalislərə açıqlamasında deyib.

Murtuz Ələsgərovun vəfatından kədərləndiyini deyən Abel Məhərrəmov  universitetdə onun adının əbədiləşdirilməsi ilə bağlı qərar qəbul etdiklərini vurğulayıb.Rektor həmçinin bildirib ki, mərhum spikerin adına xüsusi otaq düzəldiləcək.

 A.Məhərrəmovun sözlərinə görə, M.Ələsgərovun doğum günləri ərəfəsində universitetdə geniş konfranslar keçiriləcək.

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi