Modern.az

Müəllimlərin vakansiya seçimi BAŞA ÇATIR 

Müəllimlərin vakansiya seçimi BAŞA ÇATIR 

Təhsil

8 Avqust 2022, 10:46

Avqustun 8-i saat 11:00-da bütün fənlər üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi yekunlaşır.

 

Bu barədə Modern.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.

 

Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada