Modern.az

Tahir Kərimli: “Təxribatçı qüvvələr Azərbaycanda Suriya variantı yarada bilər”

Tahir Kərimli: “Təxribatçı qüvvələr Azərbaycanda Suriya variantı yarada bilər”

Təhsil

13 Aprel 2013, 13:04


2013-cü il prezident seçkilərinə artıq 6 ay vaxt qalır. Artıq bir çox partiya seçkidə iştirak etmək üçün israrlı olduğunu açıqlayıb. Ancaq bir zamanlar siyasi aktivliyi seçilən, Ali Məhkəmənin keçmiş sədri, hazırda Vəhdət partiyasının rəhbəri Tahir Kərimli namizədliyi ilə bağlı dəqiq bir açıqlama verməyib. Tahir Kərimli prezidentliyə namizəd olacaqmı?

Partiya sədri bununla bağlı Modern.az-ın suallarını cavablandırıb.

“Biz istəyirik ki, prezident seçkisinə qeyri-ciddilik verməyək”

T. Kərimli qeyd edib ki, Vəhdət Partiyası Baş Məclisinin qərarı var. “Buna uyğun olaraq partiyamızın siyasi şurası müvafiq qərarlar qəbul edib. Bu da hazırkı prezidentin müdafiəsi haqqındadır. Üzümüzə gələn seçkilərdə prezident İlham Əliyev öz namizədliyini verəcəksə, güman edirəm ki, Baş Məclis təkrar olaraq bu haqda növbəti dəfə qərar verəcək. Biz uzun müddətin təcrübəli siyasətçiləriyik. Uzun bir yol keçmişik. İstəyirik ki, prezident seçkilərinə qeyri-ciddilik verməyək. Seçilmək imkanı və şansı olmadığı halda öz namizədimizi verməyək. Azərbaycan üçün ən vacib olan amil sabitlikdir. Biz düşünürük ki, Azərbaycanda sabitliyi təmin edəcək şəxs İlham Əliyevdir”.

“Heç kim sabitliyə zəmanət vermir”

Partiya sədri onu da əlavə edib ki, başqa bir namizəd prezident seçilsə, xaricdə və daxildə olan ölkəmizin əleyhdarları Azərbaycanda sabitliyi ciddi şəkildə zədələyib poza bilərlər. “Prezidentliyə namizədliyini irəli sürən çoxdur. Amma heç biri prezident seçiləcəyi təqdirdə Azərbaycanda sabitliyi təmin edəcəyinə qarantiya vermir. Çünki bu olduqca mürəkkəb məsələdir. Azərbaycana hər yandan müxtəlif təzyiqlər və təsirlər olur. Belə bir mürəkkəb vəziyyətdə güman edirik ki, İlham Əliyev namizədliyini verməlidir. Bundan başqa kimsə öz namizədliyini versə də İlham Əliyevin ona dəstəyi olmalıdır. Son 20 ilin ictimai-siyasi münasibətlərinin məcmusu bunu deməyə imkan verir ki, mərhum Heydər Əliyev və indiki prezident İlham Əliyevin idarəçilik məktəbi bütün qüvvələr üzərində nəzarəti saxlaya bilir”.

“Ola bilsin ki, kiminsə silahı var....”

Sözlərinin davamı olaraq Tahir Kərimli bildirib ki, İlham Əliyev hazırda sabitliyin yeganə təminatçısıdır. “Ola bilsin ki, hansısa qüvvələrin silahı və maliyyəsi güclüdür. Amma onlar cürət edib sabitliyi ciddi şəkildə poza bilmir. Hazırkı hakimiyyət müxtəlif dövlətlərlə elə əlaqələr qurub ki, onlar da ciddi şəkildə Azərbaycanda sabitliyi pozmağa əl atmırlar. İlham Əliyev prezident olmayacağı təqdirdə beynəlxalq və daxili təxribatçı qüvvələrin əli ilə Azərbaycanda Suriya variantı yarana bilər. Bu baxımdan partiyamız hesab edir ki, İlham Əliyevin namizədliyi daha uğurlu variantdır. Ona görə o, namizədliyini irəli sürsə, partiyamız bunu dəstəkləmək haqqında qərar verəcək”.

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı