Modern.az

Asim Mollazadə: “İTV-nin gözəl texnikası var”

 Asim Mollazadə: “İTV-nin gözəl texnikası var”

Təhsil

19 Aprel 2013, 12:46

Milli Məclisin iclasında İTV ilə bağlı çıxış edən deputat Asim Mollazadə telekanaldakı verilişlərin uzunçuluğundan narazılıq edib. Deputat qeyd edib ki, müasir zamanda TV kanallar texnologiyanı yüksək səviyyəyə qaldırmalıdır.

“Azərbaycan televiziyalarının görüntüləri 50-60-ci illərə aiddir. Bilirəm ki, İTV-nin gözəl texnikası var. Amma nəzərə almaq lazımdır ki, uzun-uzadı proqramlar müasir informasiya mühitində qəbuledilməzdir. Ümumi vəziyyət acınacaqlıdır. Bu vəziyyəti sürətli və kökündən dəyişdirməyə ehtiyac var. Öz üzərimizdə ciddi işləməliyik, əks təqdirdə bu rəqabətdə uduzmuş olacağıq”-deyə deputat vurğulayıb.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı